Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatıb - YENİLƏNİB-3

media-ads_728_90

Nepalda Bxote Koşi və Trişuli çaylarında baş verən daşqınlardan sonra azı 270 nəfər ölüb, 800-dən çox insan itkin düşmüş hesab olunur.

“TV1” xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, itkin düşmüş 100-ə yaxın Hindistan vətəndaşı artıq tapılıb.

xxx

Nepalda dağıdıcı daşqınlar nəticəsində həlak olanların sayı 180 nəfərə çatıb.

“TV1” xəbər verir ki, bu barədə yerli media Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına istinadən məlumat yayıb.

Bildirilir ki, xilasetmə komandaları əlaqənin kəsildiyi bölgələrə daxil olmağa çalışırlar. Yollar və körpülər yuyulub, kəndləri su basıb, bir sıra su elektrik stansiyaları zədələnib.

xxx

Rasuva rayonunda güclü daşqın nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb, 41 nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, ən çox ölüm halı Çitvandadır, orada 64 cəsəd aşkarlanıb, Dhadinq rayonunda 27 nəfər, Navalparasidə isə 22 nəfər ölüb.

Nepal Turizm Nazirliyinin məlumatına görə, təxminən 403 turist itkin düşüb, onlardan 341-i əcnəbidir.

Axtarış-xilasetmə əməliyyatlarında 3,3 min polis əməkdaşı iştirak edir.

media-ads_728_90
Paylaş