Nepalda daşqınlarda ölənlərin sayı 538-ə çatıb - YENİLƏNİB
Nepalda sel və daşqınlar nəticəsində 538 nəfər həlak olub, daha 977 nəfər itkin düşmüş hesab olunur.
“TV1” xəbər verir ki, bu barədə yerli media ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Son məlumatlara görə, 73 nəfər xəsarət alıb, 3 742 nəfər xilas edilib.
Axtarış-xilasetmə əməliyyatlarına təxminən 15 min nəfər cəlb olunub. Təbii fəlakət zonasından 117 xarici turist xilas edilib.
xxx
Nepalın şimalında daşqın nəticəsində həlak olanların sayı 469 nəfərə çatıb.
“TV1” xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının son hesabatına görə, 469 nəfərin cəsədi tapılıb, ümumilikdə 1545 nəfər yaralanıb.
Axtarış-xilasetmə əməliyyatları davam edir. Nepal Ordusu, Silahlı Polis Qüvvələri və Milli Polisdən ümumilikdə 13 min 295 təhlükəsizlik işçisi səfərbər edilib.
“Vəziyyət çətin olaraq qalır. Bütün dövlət qurumları gücləndirilmiş iş rejimində işləyir. Hazırda əsas prioritetimiz sağ qalan hər bir vətəndaşın həyatını xilas etmək, itkin düşmüş insanları axtarmaq, yaralılara tibbi yardım göstərmək və fəlakətdən zərər çəkmiş ailələrə təcili yardım göstərməkdir”, – deyə Nepalın Baş naziri Balendra Şah bildirib.
Qeyd edək ki, Nepalın Rasuva rayonunda, ölkənin Çin ilə sərhədi yaxınlığında çayda suyun səviyyəsinin qəflətən qalxması nəticəsində güclü daşqın baş verib. Nəticədə çayın sahilində yerləşən yaşayış məntəqələri, Çin-Nepal sərhəd-keçid məntəqəsi, habelə tikilməkdə olan su elektrik stansiyası və yollar suyun altında qalıb.








