Nepalda fəlakətdən 9 gün sonra 2 nəfər sağ çıxarılıb

media-ads_728_90

Nepalda dağıdıcı daşqından 9 gün sonra xilasedicilər su elektrik stansiyasının tunelindən 2 nəfəri sağ çıxarıblar.

“TV1”  xəbər verir ki, “Yuxarı Trişuli 3A” su elektrik stansiyasının tunelindən çıxarılan 2 işçi hidroenergetika obyektlərindən xilas edilən ilk şəxslər olub.

“Onlar paytaxt Katmandudakı hərbi hospitala çatdırılıblar. Bu isə digər sağ qalanların aşkarlanması ehtimalının azaldığı bir vaxtda axtarış qruplarına ümid verib”, – deyə “Reuters” agentliyi yazır.

Müəssisədən bildirilib ki, hər iki kişi hazırda hərbi hospitalın reanimasiya şöbəsindədir və onların həyati göstəriciləri sabitdir.

Təbii fəlakətlərlə mübarizə idarəsinin cümə günü yaydığı məlumata görə, Nepalda Çin Tibeti ilə sərhədə yaxın şəhər və kəndlərdə evləri, küçələri və məktəbləri dağıdan daşqınlar nəticəsində azı 1287 nəfər həlak olub. 5080-dən çox insan isə hələ də itkin düşmüş hesab olunur.

Çinin məlumatına görə, Tibetdə ölənlərin sayı 21 nəfərdir, daha 541 nəfər isə itkin düşüb

media-ads_728_90
Paylaş