Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırılıb

media-ads_728_90

Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

“TV1” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov həmin vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri idi.

media-ads_728_90
Paylaş