Netanyahu: Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcəyik - VİDEO
Biz Suriyada İsraili təhdid edən Türkiyənin hərbi mövcudluğuna dözməyəcəyik.
“TV1” xəbər verir ki, bu açıqlama ilə İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
O qeyd edib ki, biz mesajı aydın şəkildə çatdırdıq:
“Görünür, mesaj kifayət qədər aydın eşidilməmişdi. Buna görə də daha yaxşı başa düşülməsini təmin etdik”.
Qeyd edək ki, daha əvvəl Netanyahunun ofisi bildirmişdi ki, Suriya ölkənin şimalındakı aviabazada Türkiyə qoşunlarının yerləşdirilməsinə imkan verməklə İsraillə təhlükəsizlik sahəsində mövcud status-kvonun “pozulmasına yaxınlaşıb”.
Bundan əvvəl Syria TV telekanalı avqustun 18-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin İdlib əyalətindəki hərbi aerodroma zərbələr endirdiyini iddia edib. Kanalın məlumatına görə, hücumlar maddi ziyana səbəb olub.








