Norveç kralı V Harald 89 yaşında vəfat edib

media-ads_728_90

Norveç Kral Sarayı Kral V Haraldın 89 yaşında vəfat etdiyini açıqlayıb.

“TV1” xəbər verir ki, Kralın səhhəti son günlər kəskin şəkildə pisləşmişdi.

O, avqustun 17-dən etibarən Oslodakı xəstəxanada müalicə olunurdu. Əvvəlcə qan xəstəliyi – hemolitik anemiya ilə bağlı müalicə alan monarxda daha sonra qanda bakterial infeksiya aşkarlanmışdı.

Avqustun 27-də Kral Sarayı Haraldın səhhətinin “çox ciddi” olduğunu bildirmişdi. Onun həyat yoldaşı, Kraliça Sonya və Vəliəhd Şahzadə Haakon bütün rəsmi tədbirlərini ləğv edərək kralın yanında olmuşdular.

Harald V 1991-ci il yanvarın 17-də atası Kral V Olavın ölümündən sonra Norveç taxtına çıxmışdı. O, Avropanın ən uzun müddət hakimiyyətdə olan monarxlarından və dünyanın ən yaşlı hökmdarı idi.

Kralın vəfatından sonra Norveç taxtına onun oğlu, Vəliəhd Şahzadə Haakonun keçməsi gözlənilir.

media-ads_728_90
Paylaş