Növbəti 4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir

media-ads_728_90

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək.

“TV1” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.

media-ads_728_90
Paylaş