Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB
Avqustun 21-də doğma yurduna yola salınan köç karvanları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə çatıb.
“TV1” xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köçürülən 36 nəfərdən ibarət 8 ailəyə, Xocalı rayonunun Badara kəndinə 13 nəfərdən ibarət 5 ailəyə, Xanyurdu kəndinə 10 nəfərdən ibarət 4 ailəyə, Xanabad kəndinə 31 nəfərdən ibarət 8 ailəyə, Ballıca kəndinə 8 nəfərdən ibarət 3 ailəyə, Təzəbinə kəndinə 71 nəfərdən ibarət 14 ailəyə, Ağdərə rayonunun Kolatağ kəndinə 36 nəfərdən ibarət 12 ailəyə, Həsənriz kəndinə 30 nəfərdən ibarət 6 ailəyə, Aşağı Oratağ kəndinə 49 nəfərdən ibarət 12 ailəyə, Çapar kəndinə 51 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
xxx
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
“TV1” xəbər verir ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə 13 nəfər, Xanyurdu kəndinə 4 ailə 10 nəfər, Xanabad kəndinə 8 ailə 31 nəfər, Ballıca kəndinə 3 ailə 8 nəfər, Təzəbinə kəndinə 14 ailə 71 nəfər, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə 36 nəfər, Həsənriz kəndinə 6 ailə 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə 49 nəfər, Çapar kəndinə 15 ailə 51 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.








