Orbanın vəzifədən azad etdiyi Ali Məhkəmə sədri prezidentliyə namizəd oldu
Macarıstanın hakim “Tisza” Partiyası ölkənin keçmiş Ali Məhkəmə sədri Andras Bakanı prezidentliyə namizəd irəli sürüb.
“TV1” xəbər verir ki, bu barədə Baş nazir Peter Magyar məlumat verib.
Bildirilib ki, partiyanın parlament qrupu Baka ilə bağlı qərarı gizli səsvermə yolu ilə qəbul edib.
Qeyd edək ki, Andras Baka 2009-cu ildə Macarıstan Ali Məhkəməsinin sədri seçilib. O, Viktor Orban hökumətinin məhkəmə sistemində həyata keçirdiyi dəyişiklikləri açıq şəkildə tənqid etdikdən sonra 2012-ci ildə vəzifəsindən uzaqlaşdırılıb.
Sonradan Avropa İnsan Hüquqları Məhkəməsi Bakanın vəzifədən uzaqlaşdırılması zamanı onun ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulduğu qənaətinə gəlib.








