“Ortaqlıq Sertifikat Proqramı – ORTAK” layihəsinin açılış mərasimi keçirilib - FOTO
Sentyabrın 7-də Türkiyə Respublikasının Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) tərəfdaş ölkələrlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş yeni “Ortaqlıq Sertifikat Proqramı – ORTAK” layihəsinin açılış mərasimi keçirilib.
“TV1” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Müjdat Həsənov iştirak edib.
Layihə çərçivəsində Azərbaycanın dövlət qurumlarını və ali təhsil müəssisələrini təmsil edən bir qrup iştirakçı ORTAK proqramı çərçivəsində təşkil olunacaq təlimlərdə iştirak etmək hüququ qazanıb.
Tədbir çərçivəsində, həmçinin, M.Həsənov “Türkiyə Bursları” təqaüd proqramı ilə Türkiyədə təhsil alan bir qrup azərbaycanlı gənclə görüşüb.








