Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

media-ads_728_90

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən avqust ayında 70 aptekdə yoxlama həyata keçirilib.

“TV1”  xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.:

“Yoxlamaların 51-i planlı, 16-sı plandankənar və 3-ü yoxlamadan kənar olub. Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib”.

media-ads_728_90
Paylaş