Özbəkistanda AES tikiləcək

media-ads_728_90

Rusiya dövlət korporasiyası “Rosatom”un rəhbəri Aleksey Lixaçov bildirib ki, şirkət 2027-ci ildə Özbəkistanda tikilən atom elektrik stansiyasının (AES) ərazisində reaktor korpuslarının inşasına başlayacaq.

“TV1”  TASS-a istinadən xəbər verir ki, 2026-cı ilin sonunadək mütəxəssislər kiçik güclü reaktorlar üçün nəzərdə tutulan beton bünövrələrin tökülməsini başa çatdıracaqlar.

2027-ci ildə obyektin ərazisində maşın zallarının və idarəetmə binalarının tikintisinə də başlanılacaq. Bundan əlavə, böyük güclü enerji blokları üzrə genişmiqyaslı işlərə start veriləcək.

Dəyəri 9,5 milyard dollar olan layihə respublikanın Cizak vilayətində həyata keçirilir.

Stansiya ənənəvi enerji bloklarını kiçik güclü reaktorlarla birləşdirən unikal konfiqurasiyaya malik olacaq. Obyektin tam istismara verilməsi 2035-ci ilədək planlaşdırılır.

media-ads_728_90
Paylaş