Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb
Pakistanın Pəncab əyalətinin Multan şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində azı beş nəfər həlak olub, 30 nəfər yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə “Geo TV” telekanalı məlumat yayıb.
Bildirilib ki, Karaçidən Peşəvərə hərəkət edən “Rehman Baba Express” qatarının 14 vaqonunun hamısı relsdən çıxıb. Hadisə yerli vaxtla saat 05:15 radələrində Şer Şah körpüsünün yaxınlığında baş verib.
Yaralılar xəstəxanaya çatdırılıb, xilasetmə işləri davam etdirilir.








