Paris-2024: Azərbaycanı bu idmançılar təmsil edəcək - SİYAHI
Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının idmançılarından olan heyət Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün yola düşüb.
“TV1” xəbər verir ki, ölkəmizi bu mötəbər idman tədbirində təmsil edəcək idmançıların siyahısını təqdim edir.
Qeyd edək ki, Azərbaycan bu yarışlarda iştirak üçün 41 lisenziya qazanıb:
Güləş
Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq). Sərbəst güləşçilər Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqamedov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Georgi Meşvildişvili (125 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq).
Cüdo
Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tskayev (81 kq), Elcan Hacıyev (90 kq) , Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq).
Boks
Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq), Məhəmməd Abdullayev (+92 kq).
Bədii gimnastika
Zöhrə Ağamirova (fərdi), qrup hərəkətləri üzrə komanda (Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə və Darya Sorokina).
Badminton
Edi Reski Dviçao, Keyşa Fatimə Zəhra.
Üzgüçülük
Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə.
Güllə atıcılığı, 10 metr
Ruslan Lunev
Yüngül atletika
Anna Skidan
Batut üzərində tullanma
Selcan Maxsudova
Taekvondo
Həşim Maqomedov (58 kq)
Qadınlardan ibarət 3×3 basketbol komandası
Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer, Mersedes Uolker
Avarçəkmə
Diana Dımçenko (2000 metr)
Qılıncoynatma
Anna Başta
Triatlon
Rostislav Pevtsov
Kamandan atma
Yaylagül Ramazanova