Paşinyan: Alçaqlar, kökünüzü kəsəcəm! - VİDEO

media-ads_728_90

Ay qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var? Bunlar kimdir axı, gəlib indi mənə barmaq silkələyirlər. Qarabağın yalançı elitası, hamınız rədd olun buradan!

“TV1” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyasındakı çıxışında deyib.

“Buna bax, deyir Artur Osipyanam (2023-cü ildən öncə Qarabağda məskunlaşmış erməni, o zaman Qarabağda Paşinyanı dəstəkləyən şəxs olub – red.). Başınızı divara vurun, övladlarımızın yerinə siz gedib ölərdiniz. Talançı heyvanlar. Siz Qarabağ xalqını da girov götürmüşdünüz. Bəli, girov götürmüşdünüz! İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər siz belə Qarabağ məsələsi qaldıransınızsa, onda gedib həlak olardınız. Niyə sağsınız? Axı siz nə üçün sağsınız? Sən nə üçün sağsan ki, indi də gəlib 5 min nəfər qurban barədə mənimlə danışırsan, ay alçaq? Bəs Şahramanyan (Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan – red.) niyə sağdır? Hələ o birilər – nə üçün ölmədilər? İndi gəlib deyirlər ki, 5 min qurban gedib. Kim sizi qoruyub saxlayır, ay şərəfsizlər?

Qarabağın yalançı elitasından heç kim deməsin ki, bəs Qarabağ məsələsi-filan… İndi Ermənistanda Qarabağın “milli məclisi” var, Qarabağ “hökuməti” var. Hamısını kökündən təmizləyəcəm. Vaxtında mübarizə aparardınız, ay qaçıb aradan çıxanlar, indi mübarizə aparmaq vaxtı deyil. Konkret bax, bunun kimilər (Artur Osipyan nəzərdə tutulur – red.), gəlib indi burada mənə barmaq silkələməyə cəsarət etməyin”, – Paşinyan bildirib.

Erməni baş nazir keçmiş prezidentlər – Robert Köçəryan və Serj Sərkisyana da xəbərdarlıq edib:

“Robi (Robert Köçəryan), Serj (Serj Sərkisyan), Kaluqatsu (Samvel Karapetyan), Qaqonun (Qagik Çarukyan) rəhbərlik etdiyi Qarabağın yalançı elitasına deyirəm: Ermənistandan sizin kökünüzü kəsəcəm! Alçaqlar, ümumiyyətlə, siz niyə sağsınız? Siz açıqlama verməlisiniz ki, nə üçün sağsınız. Hələ bir gəlib 5 min qurban deyirsiniz. Nə üçün qurban 5 min olub? Siz nə üçün o qurbanların içində deyilsiniz, alçaqlar? İndi Osipyan deyir ki, sən gərək məni… Sən kimsən axı, sən kimsən ki, mən səni tanıyım?”. /axar.az/

media-ads_728_90
Paylaş