Paşinyan: Ermənistanı KTMT-dən çıxarmaq qərarına sevinərəm
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq niyyətində deyil və oradan çıxarılmasını gözləyir.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
“Dəqiq deyə bilərəm ki, biz KTMT-də fəaliyyətimizi bərpa etməyəcəyik. O təşkilatda müzakirələr gedir və nizamnamə həmçinin ölkənin oradan çıxarıla biləcəyini nəzərdə tutur. Əgər Ermənistanı KTMT-dən xaric etmək qərarına gəlsələr, çox məmnun olacağam. Bu, bizi çıxmaq, yoxsa çıxmamaq seçimindən azad edəcək. Bizim KTMT-yə olan marağımız tükənib”, – deyə o əlavə edib.








