Paşinyan yeni konstitusiyanın qəbulu üçün növbədənkənar parlament seçkilərini istisna etməyib

media-ads_728_90

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyasının qəbulu üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını istisna etmir.

“TV1” “Sputnik Armeniya”ya istyinadən xəbər verir ki, o, bu barədə brifinq zamanı bildirib.

“Yaxın gələcəkdə biz konstitusiyanın yeni layihəsini dərc edəcək, müzakirələrə başlayacaq və onu parlamentə göndərəcəyik. Biz müxalifətdən olan həmkarlarımızı bunun çox mühüm və prinsipial məsələ, Ermənistan dövlətinin həyat qabiliyyəti məsələsini müəyyən etmək və həll etmək məsələsi olduğuna inandırmağa çalışacağıq. Lakin bu alınmasa, başqa ssenariləri, o cümlədən növbədənkənar seçkilərin keçirilməsi imkanını nəzərdən keçirəcəyik, hərçənd belə bir ssenarinin istisna edildiyini kim deyib?” – deyə, o bildirib.

media-ads_728_90
Paylaş