media-1200x100

Paytaxtda bir neçə marşrut xətti üzrə elektrikli avtobuslar fəaliyyətə başlayıb

media-ads_728_90

Bakıda bir neçə marşrut xətləri üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, AYNA tərəfindən dayanıqlı və təhlükəsiz ictimai nəqliyyatın təşkili, avtobus parkının yenilənməsi istiqamətdə davamlı tədbirlər icra edilir:

“1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb”.

Məlumatda qeyd edilib ki, elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib:

“Bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub”. /trend/

media-ads_728_90
Paylaş