media-1200x100

Paytaxtda daha 37 yeni parklanma yeri təşkil edilib

media-ads_728_90

Bakı küçələrində nəqliyyat şəraiti və axınlar təhlil olunaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sürücülər üçün yeni parklanma məntəqələri yaradılıb.

“TV1” xəbər verir ki, bu barədə AYNA-nın məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Mikayıl Useynov və Aqil Quliyev küçələrində 37 yeni parklanma yeri təşkil edilib.

Şirin Mirzəyev küçəsində ödənişli parklanma məntəqələri qurulub və əlavə olaraq 6 məlumat lövhəsi quraşdırılıb. Rüstəm Rüstəmov küçəsində 2 məntəqədə ödənişli parklanma yaradılıb. Sürücülərdən həmin ərazilərdə qaydalara riayət etmələri xahiş olunur.

Parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.

media-ads_728_90
Paylaş