Paytaxtda yanacaq çəni yanır - VİDEO/YENİLƏNİB 2
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
“TV1” xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilir.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
xxx
Yanğının Xətai rayonu ərazisində olduğu bildirilir.
Ərazidə yanacaq çəni yanır.








