media-1200x100

Paytaxtda yeni yol nişanları quraşdırılıb

media-ads_728_90

Bakıda yeni yol nişanları quraşdırılıb.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın müxtəlif ərazilərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni yol nişanları quraşdırıb:

“Afiyyədin Cəlilov küçəsində 26, Azadlıq prospektində 39,Mətbuat prospektində 44 ədəd yol nişanı quraşdırılıb;

Abay Kunanbayov küçəsində 2 ədəd (“5.16.1-5.16.2”) piyada keçidi yol nişanı quraşdırılıb;

Alim Şəbiyev küçəsində 2 ədəd “1.21 uşaqlar” və 2 ədəd “5.16.1-5.16.2” piyada keçidi yol nişanı quraşdırılıb;

Balaxanı yolu, Mikayıl Useynov, Nabatxanım Aşurbəyova,Mirzəağa Əliyev və Mirəli Seyidov küçələrində 7 ədəd dayanma və durma qadağandır yol nişanı quraşdırılıb”,

“Bütün bu yeniliklər hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmağı hədəfləyir”.

media-ads_728_90
Paylaş