media-1200x100

Paytaxtın bəzi küçələrində parklanma ilə bağlı dəyişikliklər tətbiq edilib

media-ads_728_90

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb.

“TV1” xəbər verir ki, bu barədə AYNA-nın məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, parklanma ilə bağlı Sabit Rəhman və Alı Mustafayev küçələrində də tədbirlər görülüb.

“Burada mövcud parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi, yol nişanı quraşdırılıb. Bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində (Amburan Mall) 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb”, – deyə AYNA-nın məlumatında bildirilir.

media-ads_728_90
Paylaş