media-1200x100

Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti dəyişdiriləcək

media-ads_728_90

Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

“Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

media-ads_728_90
Paylaş