Paytaxtın mərkəzində baş verən güclü yanğın məhdudlaşdırılıb
Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb.
“TV1” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən “Nəsimi” metrostansiyasının yaxınlığında yerləşən köhnə poliklinika binası olan və hazırda istifadəsiz tikilidə baş verən yanğın məhdudlaşdırılıb, yanğının ətraf tikililərə keçməyinin qarşısı alınıb.
Hazırda soyutma işləri aparılır, yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.








