media-1200x100

Paytaxtın üç rayonunda qaz olmayacaq

media-ads_728_90

Bu gün saat 09:00-dan “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin 21,5-ci km-də və saat 10:00-dan Yasamal rayonunun Rahim Məmmədov küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, saat 09:30-dan isə “Lökbatan” QPS-də sənaye qaz xətlərinin yeni quraşdırılmış kollektor üzərinə köçürülməsi, əhali qaz xətti üzərində klapanın quraşdırılması və modul ölçü qovşaqlarında təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

“TV1” xəbər verir ki, bu barədə “Azəriqaz”ın məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Stansiya Qala və Mərdəkan yeni yaşayış massivləri), Yasamal rayonunun (R. Məmmədov, K.Kazımzadə, Ş.Mehdiyev, Ə. Ələkbərov küçələri, H.Cavid prospekti), Qaradağ rayonunun (Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

media-ads_728_90
Paylaş