Permdə neft emalı zavodu dron hücumuna məruz qalıb - Yanğın başlayıb

media-ads_728_90

Permdə (Rusiya) “LUKOYL-Permnefteorqsintez” neft emalı zavoduna dronla zərbə endirilib.

“TV1” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Bildirilir ki, zərbədən sonra müəssisənin ərazisində genişmiqyaslı yanğın baş verib.

Hücumun xarakteri və dəyən ziyanın miqyası barədə rəsmi məlumat hələlik açıqlanmır. Bundan başqa, Permdə hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

media-ads_728_90
Paylaş