Peruda 6,6 maqnitudalı zəlzələ olub
Peruda 6,6 maqnitudalı zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Korakora şəhərindən 50 kilometr şimal-şərqdə, ocağı isə 73 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb.








