Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib

media-ads_728_90

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

“TV1” xəbər verir ki, sənəd bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

media-ads_728_90
Paylaş