Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqləyib

media-ads_728_90

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş” təsdiqlənib.

“TV1” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Həmçinin digər Fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Eyni zamanda müavfiq Fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Bunlarla yanaşı Prezidentin digər Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol” da təsdiqlənib.

Habelə digər Fərmanla “Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

media-ads_728_90
Paylaş