Prezident İlham Əliyev G20-yə dəvətə görə Donald Trampa təşəkkür edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev G20-yə dəvətə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təşəkkür edib.
“TV1” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə bu gün Donald Trampla telefon danışığı zamanı bildirib.
Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib.








