Putin Rusiya hökumətində kadr dəyişiklikləri edib

media-ads_728_90

Rusiya Prezidenti Vladimir Putin hökumətdə kadr dəyişiklikləri edib.

Bu barədə “TV1” Rusiya mediasına istinadən xəbər verir.

Məlumata görə, Prezident Vladimir Putin Andrey Nikitini tutduğu nəqliyyat naziri vəzifəsindən azad edərək, onun Rusiya Baş nazirin müavini təyin edilməsi haqqında fərman imzalayıb. Dmitri Yadrov nəqliyyat naziri təyin edilib.

V.Putin həmçinin Baş nazirin sabiq müavini – Yuri Trutnevin öz köməkçisi vəzifəsinə təyin edilməsi barədə fərman imzalayıb.

İrina Okladnikova Baş nazirin müavini – hökumət aparatının rəhbəri vəzifəsinə təyin edib.

Oleq Kojemyako Baş nazirin müavini – Rusiya Prezidentinin Uzaq Şərqdəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Anton Siluanov maliyyə naziri postunu özündə saxlayaraq Baş nazirin müavini təyin edilib.

media-ads_728_90
Paylaş