Putinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə görüşü olub? - Peskov AÇIQLADI

media-ads_728_90

Rusiya Prezidenti Vladimir Putin ilə Amerika lideri Donald Tramp arasında danışıqlar hələ planlaşdırılmayıb.

“TV1” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Mətbuat katibi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya səfərindən sonra dövlət başçıları arasında əlaqə imkanından danışıb.

D.Peskovun sözlərinə görə, son vaxtlar Moskva və Vaşinqton arasında liderlər səviyyəsində yeni əlaqələr olmayıb.

O, jurnalistlərin C.Retkliffin V.Putinlə görüşüb-görüşməməsi ilə bağlı suallarına cavab olaraq bildirib ki, belə bir görüş olmayıb: “Bu, xüsusi xidmət orqanları arasında əlaqədir”.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff avqustun 25-də Moskvaya səfər edib.

media-ads_728_90
Paylaş