Qara dənizdə azərbaycanlıların olduğu gəmi batıb - Ölən və itkin düşənlər var
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşları olan ticarət gəmisi batıb.
“TV1” xəbər verir ki, hadisə Konstansa limanından 13 dəniz mili məsafədə qeydə alınıb.
İlkin məlumata görə, “KHORYV” adlı gəmidə dron hücumundan sonra yanğın başlayıb və bunun ardınca batıb.
Gəmidə ümumilikdə 13 nəfər olub ki, onlardan 10-u Ukrayna, 3-ü isə Azərbaycan vətəndaşıdır.
İnsident nəticəsində 1 nəfər həlak olub, 3 nəfər itkin düşüb, daha 9 nəfər isə xilas edilib.








