Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
Qara dənizin Rumıniya sahillərində, Sulina şəhərindən təxminən 13 dəniz mili cənub-şərqdə “Wide Trader” tankerində baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb.
“TV1” Agerpres informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Bildirilib ki, San-Marino bayrağı altında üzən gəmidə ümumilikdə 12 nəfər olub. Onlardan 4-ü xilas edilib, 8 nəfərin axtarışı davam etdirilir.
Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Əraziyə helikopter və “SAR Apollo” axtarış-xilasetmə gəmisi göndərilib.








