"Qarabağ" - "Vestri" oyununa indiyədək 16 350 bilet satılıb
Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa indiyədək 16 350 bilet satılıb.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.
“Qarabağ” – “Vestri” matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.








