Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

media-ads_728_90

2027-2030-cu illər ərzində Azərbaycan iqtisadiyyatına ümumilikdə 108,6 milyard manat investisiya yatırılması proqnozlaşdırılır.

“TV1”  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində (OMXÇ) deyilir.

Qeyd olunub ki, əsas kapitala investisiya qoyuluşunun həcmi 2027-ci ildə 25,4 milyard manat, 2028-ci ildə 26,9 milyard manat, 2029-cu ildə 27,9 milyard manat, 2030-cu ildə isə 28,4 milyard manat səviyyəsində gözlənilir.

Dörd il ərzində investisiya qoyuluşunun 76,6 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşəcək. Bu sektora 2027-ci ildə 17,4 milyard manat, 2028-ci ildə 18,6 milyard manat, 2029-cu ildə 19,7 milyard manat, 2030-cu ildə isə 20,9 milyard manat investisiya yatırılması nəzərdə tutulur.

media-ads_728_90
Paylaş