Qazaxıstan mediasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq geniş işıqlandırılıb
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Qazaxıstan mediasında geniş işıqlandırılıb. Müasir meqapolislərin inkişafı, əlçatan mənzil, ekoloji dayanıqlılıq və innovativ həllərin tətbiqi mövzusu ölkənin bir sıra media orqanlarının materiallarında əksini tapıb.
‘’TV1’’ xəbər verir ki, yazılarda forum BMT-nin şəhərsalma, şəhərlərin dayanıqlı inkişafı və müasir şəhər gündəliyi üzrə mühüm beynəlxalq platformalarından biri kimi təqdim olunur.
“Kazinform” agentliyi qeyd edir ki, Ümumdünya Şəhərsalma Forumu urbanizasiya, iqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu ən böyük beynəlxalq platformalardan biridir.
“Əsas çağırışlar sırasında yoxsulluğun, bərabərsizliyin artması, infrastrukturun yüklənməsi, ətraf mühitin çirklənməsi və qeyri-rəsmi tikintinin genişlənməsi yer alır. Bu baxımdan əlçatan mənzilin, ictimai nəqliyyatın inkişafına, mədəni irsin qorunmasına və təhlükəsiz ictimai məkanların yaradılmasına xüsusi diqqət yetirilir”, – deyə nəşrdə bildirilir.








