Qazaxıstanda “Adilet” partiyası 71%-dən çox səs toplayıb
Qazaxıstanda parlament seçkilərinin nəticələri məlum olub.
“TV1” xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərin qalibi 71.17% səslə “Adilet” partiyası olub.
Seçkilərdə ümumilikdə 9 milyondan çox insan iştirak edib ki, bu da ölkənin seçki hüququ olan əhalisinin 74.08%-ni təşkil edib.
Xatırladaq ki, “Adilet” partiyası dövlət başçısı Kasım-Jomart Tokayevin kursunu dəstəkləyir.








