Qazaxıstanın ən böyük neft emalı zavodu yanır

media-ads_728_90

Qazaxıstanın Atırau vilayətində ölkənin üç ən böyük neft emalı zavodundan biri olan Atırau Neft Emalı Zavodunda yanğın baş verib.

“TV1” xəbər verir ki, yanğın qapalı tipli mexaniki təmizləmə qurğusunun çökmə gölməçəsində başlayıb və neft şlamı alovlanıb.

Hazırda yanğının məhdudlaşdırılması və söndürülməsi istiqamətində işlər davam etdirilir.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

media-ads_728_90
Paylaş