Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır - Hikmət Hacıyev
Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial media hesabında yazıb.
O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı paylaşdığı videonun üzərində yazıb:
“İqlim dəyişikliklərinin təsirləri və havanın şıltaqlıqlarına baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə start götürür. Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır. 40.000-dən çox iştirakçı ilə indiyədək keçirilmiş ən böyük WUF”.
Despite the impacts of climate change and the whims of the weather, WUF13 is kicking off with a large-scale press conference. The future contours of the global urban agenda are being shaped in Azerbaijan. The biggest ever WUF with more than 40.000 participants. pic.twitter.com/IKQk8FSs82
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 18, 2026








