Ratko Mladiç ölüb

media-ads_728_90

Bosniya serblərinin keçmiş komandanı Ratko Mladiç vəfat edib.

“TV1” bu barədə TASS-a istinadən xəbər verir.

Onun Haaqada BMT-yə məxsus cəzaçəkmə müəssisəsində 84 yaşında öldüyü bildirilir.

Qeyd edək ki, 16 il gizlənən Ratko Mladiçin yeri 2011-ci ildə aşkarlanıb. O, Haaqaya ekstradisiya edilib və 2017-ci ildə soyqırımı, müharibə cinayəti və bəşəriyyətə qarşı cinayətdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

R.Mladiç 1992–1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı Bosniya serblərinin ordusuna rəhbərlik edib. 1995-ci il iyulun 11-də serb qüvvələrinin Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsaya daxil olmasından sonra şəhərdə və ətraf ərazilərdə bosniyalı müsəlmanlara qarşı kütləvi qətllər törədilib. Bir neçə gün ərzində 8 372 bosniyalı mülki şəxs öldürülüb, onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb.

2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi tanıyıb.

media-ads_728_90
Paylaş