Rayonlarda fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ

media-ads_728_90

Sentyabrın 1-i gündüzdən 2-si axşamadək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən “TV1”-ə verilən məlumata görə, gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

media-ads_728_90
Paylaş