Rəsmi Bakı Kolumbiyaya zəlzələ ilə bağlı başsağlığı verib

media-ads_728_90

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kolumbiyaya zəlzələ ilə bağlı başsağlığı verib.

“TV1” xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib.

Paylaşımda zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edilib, yaralananlara tezliklə sağalmaları arzu olunub.

“Bu çətin zamanda Kolumbiya xalqının yanındayıq”, – deyə paylaşımda vurğulanıb.

media-ads_728_90
Paylaş