Rəsmi Pekin ABŞ və İranı danışıqlara çağırıb

media-ads_728_90

Çin Yaxın Şərqdə gərginliyin azaldılması üçün ABŞ və İranı yenidən dialoqa çağırıb.

“TV1” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Tszyan “X” sosial şəbəkəsində məlumat paylaşıb.

O qeyd edib ki, Çin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən sanksiyaların əleyhinədir.

“Hərbi gücün tətbiqi və təzyiq siyasəti yalnız heç kimin maraqlarına cavab verməyən eskalasiyaya gətirib çıxaracaq. Biz bütün tərəfləri müvafiq şəkildə hərəkət etməyə və fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə həll etməyə çağırırıq”, – deyə o qeyd edib.

media-ads_728_90
Paylaş