Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq həbs edilib
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq müddətə həbs edilib.
“TV1” xəbər verir ki, News.am-a məlumatına görə, bunu jurnalistlərə vəkil Aleksandr Koçubayev açıqlayıb.
O bildirib ki, Sedrak Köçəryanın görüş hüququ da məhdudlaşdırılıb.
Ona yalnız həyat yoldaşı və uşaqları ilə görüşməyə icazə verilib.








