Ronaldonun doğma şəhəri Madeyrada möhtəşəm dron şousu - VİDEO

media-ads_728_90

Kriştiano Ronaldonun doğma şəhəri Madeyrada onunla bağlı möhtəşəm dron şou nümayiş etdirilib.

“TV1” xəbər verir ki, əfsanəvi futbolçunun doğulduğu Madeyra adasının Funşal şəhərində möhtəşəm şou təşkil edilib.

Sahil boyu səmaya qalxan yüzlərlə dron əvvəlcə Portuqaliya bayrağını, daha sonra isə portuqal dilində “OBRIGADO, 7” (Təşəkkür edirik, №7) yazısını canlandırıblar.

Şounun sonunda isə səmada Ronaldonun 7 nömrəli forması və onun meydanlarda məşhurlaşdırdığı qol sevinci — “Siuuu” (Hoo) pozası təsvir edilib.

Qeyd edək ki, Portuqaliya millisi Şimali Amerikada keçirilən 2026-cı il FİFA Dünya Çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə uduzaraq, turnirdə mübarizəni dayandırıb.

media-ads_728_90
Paylaş