Rusiya Kiyevə kütləvi zərbə endirib - Ölən və yaralananlar var
İyulun 6-na keçən gecə Rusiya Kiyevə kütləvi raket zərbəsi endirib.11 nəfərin öldüyü, 46 nəfərin yaralandığı bildirilir.
“TV1” xəbər verir ki, partlayışlar şəhərin müxtəlif rayonlarında və ətrafında baş verib.
İnsanlar metro stansiyalarına sığınıblar.
Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, Podol rayonunda yaşayış binası qismən uçub.
Darnitsa rayonunda bir neçə çoxmərtəbəli bina zədələnib, dağıntılar altında insanlar ola bilər.
Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə qüvvələrinin hücumu dəf etdiyini bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.








