Rusiya ordusu Çerniqova zərbə endirib - 14 nəfər yaralanıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çerniqov şəhərinə zərbəsi nəticəsində 14 nəfər yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, zərbə nəticəsində yanğın baş verib, hadisə yerində yanğınsöndürmə xidmətləri işləyir.








