Rusiya ordusu Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin binasına dron zərbəsi endirib
Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyevdə Vladimirski küçəsində yerləşən mərkəzi binası (qərargahı) Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatı ilə vurulub.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat verib.
V.Zelenski qeyd edib ki, dron hücumunun hədəfi birbaşa Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Pokladın ofisi olub. Ukrayna lideri Aleksandr Pokladla danışdığını bildirib.
O, Rusiyanın bu hücumuna lazımi şəkildə, həm də mümkün olduğu halda “güzgü effekti” ilə cavab verilməsi üçün Pokladı təlimatlandırıb.
Zelenski vurğulayıb ki, Ukrayna ordusu bunu dəstəkləyəcək.
Ukrayna Prezidentinin sözlərinə görə, hüquq-mühafizə orqanları hadisə yerindədir və zərərçəkənlər lazımi yardımla təmin olunacaq.
Qeyd edək ki, dron hücumu zamanı Aleksandr Poklad ofisində olmayıb.
Rusiya tərəfi isə hələlik məsələyə münasibət bildirməyib.








