Rusiya ordusu Odessa vilayətində elektrik yarımstansiyasını vurub

media-ads_728_90

Rusiya qoşunları Ukraynanın bir neçə logistika və liman infrastruktur obyektini hədəfə alıb.

“TV1” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kiyev regionundakı “Eko-Avtotexniks” logistika mərkəzinə zərbə endirilib.

Bundan əlavə, Rusiya MN Yujnıy limanında bir yük daşıyan gəminin məhv edildiyini açıqlayıb.

Nazirliyin məlumatına görə , Çornomorsk limanında bir yük daşıyan gəmi, hərbi texnikanın saxlandığı anbar və yanacaq ötürmə terminalı vurulub.

Odessa vilayətinin Mirnoe yaşayış məntəqəsindəki Novoodesskaya elektrik yarımstansiyası bombalanıb.

media-ads_728_90
Paylaş